Türkiyəli müşahidəçilər Azərbaycana gəlir

Türkiyəli müşahidəçilər Azərbaycana gəlir

Hazırda oxunan: Türkiyəli müşahidəçilər Azərbaycana gəlir

3085

Türkiyəli müşahidəçilər bir neçə gün ərzində Azərbaycana göndəriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumatda bildirilir ki, Türkiyə və Rusiyadan olan müşahidəçilərin Qarabağdakı atəşkəsə nəzarət vəzifəsinin detalları da bir neçə gün ərzində bəlli olacaq.

Daha sonra türkiyəli müşahidəçilər monitorinq mərkəzi üçün Azərbaycana gələcək.

Yerini Azərbaycanın müəyyən edəcəyi ortaq monitorinq mərkəzi ən müasir texnologiyalarla təchiz olunacaq.

Türkiyə və Rusiya müşahidəçiləri atəşkəs pozuntularını qeydə alacaqlar.

Mərkəz vacib funksiyaları yerinə yetirəcəkdir. Bu mərkəzdə atəşkəs pozuntuları yoxlanılacaq, pozuntular barədə məlumat qeydə alınacaq. Pozuntu halı olarsa lazımi tədbirlər görüləcək. Bölgədə pilotsuz uçuş aparatları da xidmət göstərəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO