Türkiyədə yanğınlar 10 fərqli nöqtədə davam edir

Türkiyədə yanğınlar 10 fərqli nöqtədə davam edir

Hazırda oxunan: Türkiyədə yanğınlar 10 fərqli nöqtədə davam edir

30611

Artıq dörd gündür qardaş Türkiyədə meşə yanğınları davam edir.

Bizim.Media xəbər verir ki, hazırda ölkənin beş vilayətinin on fərqli nöqtəsində yanğınlar hələ də davam edir, 88-i isə artıq söndürülüb.

Alovlarla mübarizəyə ümumilikdə üç təyyarə, doqquz insansız hava vasitəsi (İHA), bir insansız helikopter, 1 yanğınsöndürmə tankı, 38 helikopter, 680 yanğınsöndürmə maşını, 55 xüsusi maşın və 4000-dən artıq canlı qüvvə cəlb olunub.

Yanğınlarla mübarizədə qardaş Türkiyəyə ölkəmizlə yanaşı, Rusiya və Ukraynadan da kömək göndərilib.

Bu gündən etibarən zərərçəkən bölgələrə yardımların göndərilməsi nəzərdə tutulur. Yanğınlar nəticəsində çox sayda ev, iş yeri, əkin və meşəlik ərazi yararsız hala düşüb, heyvanlar tələf olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO