Azərbaycan yanğınsöndürənləri Türkiyədədirlər - FOTO

Azərbaycan yanğınsöndürənləri Türkiyədədirlər - FOTO

Hazırda oxunan: Azərbaycan yanğınsöndürənləri Türkiyədədirlər - FOTO

30579

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə iyulun 31-də qardaş ölkəyə çatıb.

Bizim.Media xəbər verir ki, yanğınsöndürmə qüvvələrinin birinci qrupunu gətirən təyyarə Türkiyə vaxtı ilə saat 23:10-radələrində Muğla Dalaman Hava Limanına enib.

Birinci qrupun tərkibində FHN-nin 100 əməkdaşı təmsil olunur. Peşəkar və təcrübəli yanğınsöndürənlərdən ibarət qrup üzvləri fərdi yanğınsöndürmə vasitələri ilə tam təmin olunublar.

Rəsmi dairələr, eləcə də ölkə ictimaiyyəti və yerli media Azərbaycanın tüğyan edən yanğınlarla bağlı köməyini və ümumi narahatlığını əsl qardaşlıq nümunəsi kimi dəyərləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO