Yerə düşən TİKƏ niyə haram sayılır? - “5 saniyə qaydası”

Yerə düşən TİKƏ niyə haram sayılır? - “5 saniyə qaydası”

Hazırda oxunan: Yerə düşən TİKƏ niyə haram sayılır? - “5 saniyə qaydası”

30504

“5 saniyə qaydası”nın nə vaxt yarandığı dəqiq məlum deyil. Amma bəzi tarixçilər bunu Çingiz xana aid edirlər. Belə ki, o, yerdə 5 saata qədər qalan qidanın istifadə üçün yararlı olduğunu deyirdi. Yüzilliklər sonra bu 5 saat 5 saniyəyə çevrilib.

Bizim.Media xəbər verir ki, sözügedən qaydada əmin olmaq üçün alimlər növbə ilə qarpız, çörək dilimlər, yağlı çörək və s. qidaları əllərindən müxtəlif səthli yerlərə - soba, dəmir, taxta və xalçaya salıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Kasıbsansa özün günahkarsan – PUL haqqında nəyi bilmirik?


1, 5, 30 və 300 saniyə ərzində mütəxəssislər bütün örnəkləri götürərək bakteriyaların sayına baxıblar.

Ən çox diqqət çəkən bakteriya isə “enterobacter cloacae” növünə aid olub. Bu bakteriya bağırsaq problemləri və soyuqdəymələrə səbəb olur. Sınaqların nəticələri göstərib ki, “5 saniyə qaydası” mənasız bir şey deyil. Çünki qida yerdə nə qədər çox qalıırsa, bir o qədər çox da baktgeriya onun üzərinə hopur. Ən cəld insan belə yerə düşmüş tikəni bakteriyalar ona yapışmadan götürüb yeyə bilməz. 

Bundan başqa, bakteriya çoxluğuna təsir edən amillərdən biri də qidanın strukturu və üst qatıdır.

Əgər nəm qida düz yerə düşübsə, bakteriyalar daha çox hopur. Alimlərin tədqiqatında ən çox bakteriya yığan da elə qarpız parası olub. Çörək isə ən az bakteriya toplaşan qida növü seçilib. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO