Tokiodan ŞAD XƏBƏR: Daha bir medalımız var - Azərbaycan boksçusu yarımfinalda

Tokiodan ŞAD XƏBƏR: Daha bir medalımız var - Azərbaycan boksçusu yarımfinalda

Hazırda oxunan: Tokiodan ŞAD XƏBƏR: Daha bir medalımız var - Azərbaycan boksçusu yarımfinalda

30501

Azərbaycan boksçusu Alfonso Dominqes Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti döyüşünü keçirib.

Bizim.Media xəbər verir ki, o, 1/4 finalda türkiyəli Bayram Malkanla qarşılaşıb.

İlk görüşdə özbəkistanlı Dilşotbek Ruzmetovu mübarizədən kənarlaşdıran Avropa Oyunlarının qalibi ikinci döyüşündən də qalib ayrılıb. 81 kq çəki dərəcəsində qüvvəsini sınayan Dominqes rəqibini 5:0 (28:27, 29:26, 28:27, 29:26, 28:27) hesabı ilə məğlub edib.

Bununla da Alfonso yarımfinalda iştirakını rəsmiləşdirib. Boksçumuz 1/4 final səddini keçməklə özü üçün ən azı bürünc medalı təmin edib.

O, finala gedən yolda kubalı Arlen Lopeslə qarşılaşacaq. Döyüş avqustun 1-də olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO