Qarabağ qələbəsi yeni xəritə cızdı – EKSPERT

Qarabağ qələbəsi yeni xəritə cızdı – EKSPERT

Hazırda oxunan: Qarabağ qələbəsi yeni xəritə cızdı – EKSPERT

3038

“Azərbaycan Vətən müharibəsindən çox güclü bir dövlət kimi çıxdı. Ölkə Qarabağla bağlı verdiyi bütün sözlərə əməl edərək, torpaqlarını işğaldan azad etdi''.

''Bu Azərbaycanın dünya arenasında güclü iqtisadiyyata malik və tərəfdaş dövlətlərinin daim marağında olan bir tərəfdaş ölkə kimi tanıtdı''.

''Hazırda bu dövlətlər Azərbaycanla olan əlaqələrini möhkəmlətmək üçün əllərindən gələni edəcəklər”.

Bu sözləri Bizim.media-ya açıqlamasında siyasi ekspert İlqar Vəliyev deyib.

Mütəxəssisin sözlərinə görə, Azərbaycan qazandığı zəfər ilə regionda həm yeni geosiyasi, həm də geoiqtisadi xəritə yaradıb.

Bundan başqa o, Azərbaycanın müharibədə qələbəsinin onu regionda təhlükəsizliyin təminatçısına çevirdiyini də bildirib. 

“Bundan sonra hər hansı bir desktruktiv qüvvələr və ya seperatçı cərəyanlar əmələ gəlsə Azərbaycan təkbaşına bu qüvvələrlə mübarizə aparmaq iqtidarında olduğunu göstərdi”. 

Ekspert bildirir ki, hazırda Azərbaycanla münasibət quran ölkələr daha çox üstünlük əldə edə biləcəklər. 

“Dövlət öz maraqlarını qoruya bildiyi kimi əməkdaşlıq münasibətlərində də hər zaman sadiq olacağını göstərdi''.

''Biz artıq tərəfdaşlarımızın maraqlarının regionda təminatçısı qismində çıxış edə bilərik. Bu da Azərbaycanın üstünlüyünü göstərir”. 



Azərbaycanın təşəbbüsü ilə regionda iri miqyaslı nəqliyyat layihələrinin həyata keçirildiyini vurğulayan politoloq, dövlətin bundan sonra da bu planı həyata keçirməyi davam edəcəyini deyib:

“Biz Şərqlə qərbi birləşdirən ən qısa yol Mehri dəhlizinə nərarət edəcəyik. Bununla da Mərkəzi Asiya ölkələrinin Azərbaycana marağı artacaq''.

''Yükdaşımalar daha ucuz və sərfəli olacaq. Bu yol həmçini Çin və Avropanı birləşdirən ən mühüm yol olacağ”. 

Ekspert gələn il Naxçıvandan İğdıra, İğdırdan Qarsa gedən dəmiryolunun tikintisinin Bakı-Tbilisi-Qarsı Naxçıvanla birləşdirən əhəmiyyətli yol olacağını da qeyd edib. 

“Həm Bakı-Tbilisi-Qars, həm də Mehri dəhlizindən Naxçıvan üzərindən keçən yolda Azərbaycanın payı böyükdür''.

''Bu da regionda həm geosiyasi, həm də geoiqtisadi önəmimizin göstəricisidir”.

Qonşu ölkələrin - Rusiya və İranın da dəhlizdəki maraqlarını qeyd edən politoloq bildirir ki, bu Rusiyadan cənub-qərbi Asiyaya gedən ən qısa yoldur. 

“Ona görə də Rusiya Mehri yolunun açılması üçün ən maraqlı tərəfdir''.

''Həmçinin İranın təklif etdiyi Azərbaycan-İran-Türkiyə sərhədində azad iqtisadi zonanın yaradılmasında da bu yolun bərpası töhfə verə bilər”,- deyə, İ.Vəliyev qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO