Türkiyənin Marmaris rayonunda da yanğın oldu – Rusiya 3 təyyarə göndərdi

Türkiyənin Marmaris rayonunda da yanğın oldu – Rusiya 3 təyyarə göndərdi

Hazırda oxunan: Türkiyənin Marmaris rayonunda da yanğın oldu – Rusiya 3 təyyarə göndərdi

30368

Türkiyənin daha bir turizm bölgəsində - Muğla vilayətinin Marmaris rayonunda meşə yanğını baş verib.

Bizim.Media xəbər verir ki, yanğın Marmarisin "İçmeler" turizm bölgəsi və yaşayış yerlərinə yaxınlaşıb.

Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli Marmairsdəki meşə yanğınına bir təyyarə, 5 helikopter və 30 su tankeri olan avtomobil ayrıldığını bildirib.

Rusiyanın Türkiyədəki Səfriliyi isə “Twitter” səhifəsində yanğınlara Rusiyanın 3 “Be-200” yanğınsöndürmə təyyarəsinin dəstək göstərdiyini vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Antalya, Adana, Kayseri, Osmaniye, Mersin vilayətlərində də yanğınlar davam edir. Antalyanın Manavqat rayonundakı yanğında 3 nəfər ölüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO