İzmirdə metro tikintisinə 125 milyon avro ayrıldı

İzmirdə metro tikintisinə 125 milyon avro ayrıldı

Hazırda oxunan: İzmirdə metro tikintisinə 125 milyon avro ayrıldı

30357

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Türkiyənin İzmir şəhərində metro tikintisinə 125 mln avro kredit ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Bankın məlumatında deyilir.

Açıqlamada bildirilir ki, Türkiyənin 4,4 mln sakini və 3-cü böyük şəhəri olan İzmirdə tikiləcək yeni metro xətti təhlükəsiz və ekoloji cəhətdən təmiz nəqliyyat sisteminin formalaşmasına xidmət edəcək və şəhərin ən sıx regionu olan Bucada 500 min insana xidmət göstərəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Avropa Yenidənqurma və İnkişaf Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru – FOTO 


Qeyd edilən vəsaitin metro stansiyasının 1-ci fazasının tikintisinə sərf ediləcəyi qeyd edilir.

Yeni kredit EBRD-nin şəhərlə uzunmüddətli əməkdaşlığına əsaslanır və bu günə qədər ümumi dəyəri 159 mln avro olan vəsait ayrılıb.

Bunlara şəhərin Şərq-Qərb dəhlizi boyunca ümumi uzunluğu 7,2 km olan Fahrettin Altay-Narlidere-Kaymakamlık metro xəttinin tikintisini maliyyələşdirmək üçün ayrılan 80 milyon avro kredit və 25 milyon avroluq ortaq maliyyələşmə layihəsi, İzmir metro sisteminin 85 yeni nəqliyyat vasitəsi üçün 23,5 milyon avro maliyyələşməsi və beş yeni avtomobil bərəsi üçün 33 milyon avroluq kredit daxildir.

Qeyd edək ki, EBRD bu günə qədər Türkiyəyə 341 layihə üzrə 13 mlrd avrodan çox sərmayə qoyub və onun da 96 %-i özəl sektora yönəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO