Antalyadakı yanğında bir nəfər öldü

Antalyadakı yanğında bir nəfər öldü

Hazırda oxunan: Antalyadakı yanğında bir nəfər öldü

30322

Türkiyənin Antalya vilayətinin Manavgat rayonunda davam edən yanğında 82 yaşlı şəxs evində yanaraq ölüb.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli bildirib.

Nazir deyib ki, Manavqat rayonunun Oymapınar kəndində yanğından 10 nəfər təhlükəli vəziyyətdədir.
 

MÖVZU İLƏ BAĞLI:

Antalyada meşə yanır – 2 təyyarə, 15 helikopter havaya qalxdı - VİDEO


B.Pakdemirlinin sözlərinə görə, Türkiyənin müxtəlif yerlərində davam edən yanğınla əlaqədar Antalyanın 18 kənd və məhəlləsi, Adananın 11 kəndi, Mersinin isə 5 kəndi təhükəsizlik məqsədilə boşaldılıb.

Qeyd edək ki, dünən Türkiyənin Adana, Osmaniye, Kayseri və Mersin vilayətlərində yanğınlar baş verib. Ankaranın Polatlı rayonunda isə Topçu və Raket Məktəbi Komandanlığı yaxınlığında məqsədli şəkildə törədilən yanğının qarşısı alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO