“Rusiya Ukraynaya türk silahlarının tədarükündən narahat olmamalıdır” - Ərdoğanın müşaviri 

“Rusiya Ukraynaya türk silahlarının tədarükündən narahat olmamalıdır” - Ərdoğanın müşaviri 

Hazırda oxunan: “Rusiya Ukraynaya türk silahlarının tədarükündən narahat olmamalıdır” - Ərdoğanın müşaviri 

30318

Türkiyə prezidentinin baş müşaviri Mücahit Küçükyılmaz “RİA Novosti” agentliyinə verdiyi müsahibəsində deyib ki, rəsmi Moskva Türkiyədən Ukraynaya silah tədarükündən narahat olmamalıdır.

Bizim.Media xəbər verir ki, onun fikrincə, Türkiyənin bir ölkə ilə əlaqə qurması başqa dövlətlə münasibətlərdə problem yaratmır:

“Biz almaları armuddan ayırırıq. Türkiyə eyni zamanda müxtəlif ölkələrlə çox ölçülü təmaslar və əlaqələr qurmaq qabiliyyətinə və diplomatik bacarıqlara sahibdir.

Çalışmağa davam edəcəyik. Ehtiyaclarımıza və maraqlarımıza uyğun olaraq fərqli ölkələrlə əlaqə quracağıq. Bu baxımdan müttəfiqlərimiz, dostlarımız və əməkdaşlıq etdiyimiz insanlar narahat olmamalıdır”, deyə o, qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə və Ukrayna müdafiə sənayesində əməkdaşlığı genişləndirir


Xatırladaq ki, aprel ayının əvvəlində Türk pilotsuz təyyarələrinin aparıcı istehsalçısı olan Bayraktar Ukraynaya öz komplekslərini satdığını deyib.

Moskva bunu sevinclə qarşılamayıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu razılaşmanın Rusiyaya qarşı yönəlmədiyini vurğulayıb.

Ukrayna Xarici İşlər Nazirliyinin başçısı Dmitri Kuleba bildirib ki, "Ukraynaya geniş miqyaslı hücum" olarsa, Rusiyanın qarşısını kəsmək üçün pilotsuz təyyarələrə ehtiyac var. 

Bundan əlavə, rəsmi Kiyev gəmilərin yaradılmasında Ankara ilə əməkdaşlıq edir. Ukrayna Prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Türkiyədə 2023-cü ilin sonuna qədər Ukrayna gəmiqayırma zavodunda tamamlanması planlaşdırılan korvetin gövdəsi qoyulub. Söhbət “Ada” sinfindən olan korvetlərdən gedir. İndi Türk Donanması bu layihənin dörd gəmisinə sahibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO