Moskva Azərbaycan və Ermənistana səsləndi: “Atəşi dayandırın”

Moskva Azərbaycan və Ermənistana səsləndi: “Atəşi dayandırın”

Hazırda oxunan: Moskva Azərbaycan və Ermənistana səsləndi: “Atəşi dayandırın”

30206

Rusiya tərəflərə Ermənistan-Azərbaycan sərhədində atəşi dayandırmağı təklif edib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi təklifi qəbul edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Kəlbəcər istiqamətində gərginlik davam edir” – Müdafiə Nazirliyindən son AÇIQLAMA


İnformasiya “Sputnik Azərbaycan” nəşrində yer alıb. Ermənistan tərəfinin isə mövqeyi hələ açıqlanmayıb.

Rəsmi Moskva atəşkəsin saat 10: 00-dan qüvvəyə mindiyini deyib.

Telegram kanalları isə yazır ki, hazırda Kəlbəcər istiqamətində düşmən tank və minaatanlar ilə ordumuzun mövqelərini atəşə tutur. Azərbaycan ordusu düşmənə layiqli cavabı verir.

Basarkeçərin Yuxarı Şorca kəndinin rəhbəri Artem Yeranosyan “Sputnik Ermənistan”a açıqlamasında ermənilərin yalanını üzə çıxarıb. Onun dediklərinə görə, azərbaycanlılar yalnız erməni mövqelərinə atış açır, kənd istiqamətinə heç bir güllə də atılmayıb.  

Zərkəndinin (Kut) başçısı Sima Çitçyan vəziyyətin nisbətən sakit olduğunu və sakinlərin qorxmadığını deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO