Azərbaycanın daha bir cüdoçusu Tokio-2020-də medalsız qaldı

Azərbaycanın daha bir cüdoçusu Tokio-2020-də medalsız qaldı

Hazırda oxunan: Azərbaycanın daha bir cüdoçusu Tokio-2020-də medalsız qaldı

30189

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Bizim.Media xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində rusiyalı Mixail İqolnikovla üz-üzə gəlib.

Rəqibinə vazari xalı ilə məğlub olan Mehdiyev olimpiada ilə vidalaşıb.

Qeyd edək ki, Azərbaycan Tokio-2020-də 9 cüdoçu ilə təmsil edilir. Daha əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq) və Murad Fətiyev (83 kq) yarışı medalsız başa vurub. Orucov bürünc medal uğrunda görüşdə uduzub və 5-ci yerlə kifayətlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO