Tokio-2020: Azərbaycan millisinin 3 idmançısı bu gün mübarizə aparacaq

Tokio-2020: Azərbaycan millisinin 3 idmançısı bu gün mübarizə aparacaq

Hazırda oxunan: Tokio-2020: Azərbaycan millisinin 3 idmançısı bu gün mübarizə aparacaq

30188

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.

Bizim.Media xəbər verir ki, yarışın 6-cı günündə 25 dəst medal sahibini tapacaq.

Olimpiadanın əvvəlki günlərində mükafat qazana bilməyən Azərbaycan yığması tilsimi bu gün qıra bilər. Millimiz daha bir medal şansı qazanacaq. Bu, cüdoçu Məmmədəli Mehdiyevdir.

Ümumilikdə isə üç təmsilçimiz azarkeşlərini sevindirməyə çalışacaq. Onlardan ikisi növbəti mərhələyə yüksəlmək üçün mübarizə aparacaq.

Boksçu Alfonso Dominqes Olimpiadada ilk sınağına çıxacaq. O, 1/4 finala yüksəlmək üçün çalışacaq.

Ondan fərqli, Edi Reski Dviçayo ikinci qarşılaşmasına çıxacaq. Badmintonçumuz 1/8 finala yüksəlib-yüksəlməməsi qrupdakı son görüşündən asılıdır.

28 iyul

06:00. Cüdo. Kişilər, 90 kq. 1/16 final. Məmmədəli Mehdiyev

15:00. Badminton. Kişilər, qrup mərhələsi. L qrupu, III tur. Edi Reski Dviçayo - Anders Antonsen (Danimarka)

15:27. Boks. Kişilər, 81 kq. 1/8 final. Alfonso Dominqes – Dilşod Ruzmetov (Özbəkistan)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO