Mal-qaraya pullu xidmət göstəriləcək – Sahə ÖZƏLLƏŞDİ 

Mal-qaraya pullu xidmət göstəriləcək – Sahə ÖZƏLLƏŞDİ 

Hazırda oxunan: Mal-qaraya pullu xidmət göstəriləcək – Sahə ÖZƏLLƏŞDİ 

30076

Azərbaycanda dövlət baytarlıq sistemində çalışan baytarlar özəl xidmət göstərəcək.

Bizim.Media Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, Nazirliyin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsi çərçivəsində dövlət baytarlıq sistemində çalışan baytarların özəl xidmətə hazırlanması məqsədilə təlimlərə başlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Quş qripi ilə bağlı monitorinqlər başladı


Təlimlər hər rayonda 3 gün olmaqla, 52 rayonda keçiriləcək. Təlimlərdə 1416 baytar həkim iştirak edəcək, baytar həkimlərinə xəstəliklərlə yeni mübarizə üsulları, istifadə olunan yeni növ dərman preparatları barədə, eləcə də sahibkarlıq və biznes fəaliyyətinin təşkili mövzularında məlumat veriləcək. 

Təlim keçmiş bütün sahə baytar həkimləri özəl fəaliyyət göstərmək üçün layihə tərəfindən lazım olan baytarlıq ləvazimatı və avadanlıqlarla təmin olunacaqlar.

Özəl xidmətə keçiddən sonra profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşən xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan  tədbirləri (peyvəndlənmə, qan nümunələrinin toplanması, və s.) baytar həkimlər əmək müqaviləsi ilə yox, xidməti  müqavilə və  təsdiq edilmiş preyskurant əsasında həyata keçirəcəklər.

Bundan əlavə, fermerlərin öz vəsaitləri hesabına maliyyələşən digər müalicə və profilaktika tədbirləri baytarlarla fermerlər arasında müəyyən razılaşma əsasında ödənişli həyata keçiriləcək.

Sahə baytarlıq məntəqələrinin özəlləşdirilməsinin məqsədi bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq baytarlıq xidmətlərinin rəqabətliliyini artırmaq və bununla da fermerlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO