Qızıl yataqları ilə bağlı müqavilə imzalanıb? - AÇIQLAMA

Qızıl yataqları ilə bağlı müqavilə imzalanıb? - AÇIQLAMA

Hazırda oxunan: Qızıl yataqları ilə bağlı müqavilə imzalanıb? - AÇIQLAMA

3003

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) xarici şirkətlə birgə konsorsiumun təsis edilməsi və işğaldan azad edilən ərazilərdə qazıntı işlərinin aparılmasına dair planların olması haqda yayılan xəbərlərə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə "AzerGold" QSC-nin mətbuat katibi Ariz Tarverdiyev özünün "Facebook" səhifəsində yazıb. 

Onun sözlərinə görə, ölkəmizdə qızılçıxarma sənayesinin yaradılması məqsədilə Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə" 1996-cı il 5 fevral tarixli Sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş "Azərqızıl" Dövlət şirkəti ilə ABŞ-ın "RV Investment Group Sevrvices LLS" arasında Kəlbəcər rayonun Zod (Söyüdlü), Qızılbulaq və Zəngilan rayonunun Vejnəli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb:

"Güman edilir ki, sözügedən ləğv edilmiş “Azərqızıl” dövlət şirkəti ilə “AzerGold” QSC asosiasiya edilərək səhvə yol verilib".

"Qeyd edək adları çəkilən yataqların işlənməsi ilə bağlı Cəmiyyətə indiyədək hər hansı bir müraciət daxil olmayıb", - deyə məlumatda vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO