İlham Əliyev Serbiyanın xarici işlər nazirini qəbul etdi

İlham Əliyev Serbiyanın xarici işlər nazirini qəbul etdi

Hazırda oxunan: İlham Əliyev Serbiyanın xarici işlər nazirini qəbul etdi

29889

İyulun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Prezidentin Mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, Serbiyanın xarici işlər naziri Nikola Selakoviç Serbiya Prezidenti Aleksandr Vuçiçin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev Serbiya Prezidentinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Aleksandr Vuçiçə çatdırmağı xahiş edib.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub, Bakıda keçiriləcək Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının əməkdaşlığın genişlənməsi baxımından önəmi vurğulanıb.

Söhbət zamanı Azərbaycanın və Serbiyanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə dəstəklədiyi bildirilib. İqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub. 

Prezident İlham Əliyev deyib ki, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində dost ölkələrin şirkətləri iştirak edir. Bu baxımdan Serbiya şirkətlərinin gələcəkdə bu işlərdə iştirakının mümkünlüyü bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO