Ərdoğanın müavini Paşinyana barmaq silkələdi: “Əks təqdirdə, ölkəniz…”

Ərdoğanın müavini Paşinyana barmaq silkələdi: “Əks təqdirdə, ölkəniz…”

Hazırda oxunan: Ərdoğanın müavini Paşinyana barmaq silkələdi: “Əks təqdirdə, ölkəniz…”

29873

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Ermənistanı bölgədə provokasiya aparmamağa çağırıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Anadolu agentliyi yayıb.

Mənbə yazır ki, çağırış partiyanın sədr müavini Ömər Çelik tərəfindən səsləndirilib.

O, İrəvanın təcavüzkar siyasətinin bu ölkəyə heç bir fayda gətirməyəcəyini bildirib.

“Ermənistan özünü aldatmaqla məşğul olmamalı və Azərbaycanın Kəlbəcər bölgəsi istiqamətində baş verənlərə bənzər təxribatlara təşviq edən dairələrin ritorikasına uymamalıdır” deyə Çelik “Twitter”də yazıb.

AKP sədrinin müavini Ermənistan Silahlı Qüvvələrinin bir gün əvvəl iki ölkə sərhədində bir Azərbaycan əsgərinin ölümünə səbəb olan hərəkətlərini pisləyib.

“İrəvanın təcavüzkar siyasəti bölgədəki sülh üçün bir təhdiddir. Nəticələrə görə məsuliyyəti İrəvanı bu cür hərəkətlərə vadar edən qüvvələr daşıyırlar. Müvafiq cavab verildikdə bu qüvvələr qətiliklə Ermənistanı dəstəkləməyəcəklər. Ermənistandakı vəziyyət daha da pisləşəcək”, deyə o, qeyd edib.

Çelik Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bölgə ölkələri arasında dialoq və əməkdaşlıq mexanizmi yaratmaq təşəbbüsünü xatırladıb:

“Ermənistan təcavüzkar hərəkətlərdən imtina edərsə, bu mexanizmin bir hissəsi ola bilər. İrəvan bu tarixi şansı itirməməli, Türkiyə və Azərbaycan liderlərinin çağırışlarını hərtərəfli qiymətləndirməlidir. Əks təqdirdə, bu ölkə yeni problemlərlə qarşılaşacaq. Ermənistan regional sülhü poza bilməz. Buna icazə verilməyəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO