“TRT Deutsch” ermənilərin Qarabağda törətdikləri ekoloji terror haqqında reportaj hazırlayıb.
Bizim.Media xəbər verir ki, Almaniyalı media mənsubları Zəngilana səfər zamanı Oxçuçayın çirklənməsini görərək, bu barədə araşdırma aparıblar.
MÖVZU İLƏ BAĞLI:
Paşinyanın ZAVOD əməliyyatı - Oxçuçayda son BAŞ VERƏNLƏR
Onlar Ermənistanın dağ-mədən sənayəsinin tullantılarının çaya axıdıldığını, bunun nəticəsində balıqların və digər canlıların məhv olduğunu bildiriblər.
Reportajda Oxçuçayın çirklənməsində Almaniyanın Karlsrue şəhərindən olan və Ermənistanda çalışan “Kronimet” holdinqinin iştirakı vurğulanıb.
Bizim.Media