Səməd Səmədovun ölüm səbəbi AÇIQLANDI

Səməd Səmədovun ölüm səbəbi AÇIQLANDI

Hazırda oxunan: Səməd Səmədovun ölüm səbəbi AÇIQLANDI

0:00
0:00
29791

Xəbər verdiyimiz kimi, Xalq artisti Səməd Səmədov bu gün 74 yaşında müalicə aldığı Yeni Klinikada dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, klinikanın reanimatoloqu Emil Qasımov ifaçının ölüm səbəbi barədə "qafqazinfo"ya danışıb.

O bildirib ki, S.Səmədov ötən gecə klinikaya çox ağır vəziyyətdə gətirilib:
 

MÖVZU İLƏ BAĞLI:

Səməd Səmədov vəfat etdi


"Xəstə çox ağır vəziyyətdə tənəffüs çatışmazlığı ilə reanimasiya şöbəsinə yerləşdirildi. Ona lazımi dəstək müalicəsi göstərildi. İnfeksiya və iltihabı markerlər çox yüksək idi. Xəstədə kəskin böyrək çatışmazlığı aşkarladıq.

Kreatin dəyərləri iki yarım dəfə yüksəlmişdi. Xəstənin sidik çıxışları demək olar ki, yox idi. 15-16 saat xəstəni renimasiyada saxlaya bildik.

Bütün səylərə baxmayaraq, xəstəmizdə ürək dayanması baş verdi. Ölüm səbəbi olaraq sepsis və septik şok təsbit etdik". 

Qeyd edək ki, Səməd Səmədovun koronavirusdan vəfat etdiyi bildirilirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO