Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, son sutkada koronavirusdan vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 340 057 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 907 nəfər müalicə olunaraq sağalıb, 5002 nəfər vəfat edib, aktiv xəstə sayı 3148 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 381, ötən müddət ərzində isə ümumilikdə 3 965 397 test aparılıb.
Bizim.Media
- A-
- A
- A+
COP29
20:30 / 24.07.2021
Yoluxma sayı 400-ü keçdi - GÜNLÜK STATİSTİKA
Hazırda oxunan: Yoluxma sayı 400-ü keçdi - GÜNLÜK STATİSTİKA
Hazırda oxunan: Yoluxma sayı 400-ü keçdi - GÜNLÜK STATİSTİKA
29790
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.