Qarabağ atlarının geri dönmə vaxtı açıqlandı - VİDEO

Qarabağ atlarının geri dönmə vaxtı açıqlandı - VİDEO

Hazırda oxunan: Qarabağ atlarının geri dönmə vaxtı açıqlandı - VİDEO

2976

Qarabağ atlarının işğaldan azad olunmuş ərazilərə taransfer olunması təhülkəsizlik məsələləri həll olunandan və köç başlayandan sonra danışmaq mümkündür.

Bunu Bizim.Media-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib:

“Hazırda Ağcabədi rayonunda yerləşən Qarabağ Atçılıq Kompleksində 268 təmizqanlı Qarabağ atı saxlanılır''.

''Qarabağ atlarının sayının artırılması, cinsin qorunması kimi işləri təkcə biz görmürük. Fərdi şəkildə də Qarabağ atlarını saxlayanlar var''.

''Bizim bu mövzuda əsas işimiz Qarabağ atlarının damazlıq-seleksiya işlərinin aparılması, təmizqanlı Qarabağ atlarının baş sayını artırmaq, onları qoruyub saxlamaqdır”, deyə o, vurğulayıb.

Ağcabədidə yerləşən atçılıq müəssisəsi 35,5 hektar ərazidə inşa edilib və 2018-ci ilin noyabrında istifadəyə verilib. 

Kompleksdə atların daxili orqanlarının müayinəsi, boğazlığın ilkin təyini, sınıq və zədələnmələrin diaqnostikası işləri aparılır. 

Karantin dövründə müayinələrin aparılması, istifadə edilmiş laboratoriya avadanlığının sterilizasiyası, həmçinin seleksiya damazlıq işini aparmaq üçün avadanlıq və alətlər də mövcuddur.

Kompleksdə 30-ya yaxın şəxs çalışır. 

Gülşanə Mustafayeva, Bizim.Media

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO