"Tokio-2020": Olimpiadanın 2-ci  günündə 10 idmançımız mübarizəyə qoşulacaq

Hazırda oxunan: "Tokio-2020": Olimpiadanın 2-ci  günündə 10 idmançımız mübarizəyə qoşulacaq

0:00
0:00
29699

İyulun 23-də "Tokio-2020" Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilib. Olimpiadanın ikinci günündə - iyulun 24-də Azərbaycanın 10 idmançısı mübarizəyə qoşulacaq.

Bizim.Media xəbər verir ki, atletlərimiz idmanın 6 növündə güclərini sınayacaqlar.

Olimpiadanın ikinci günündə 3 boksçumuz rinqə çıxacaq. Belə ki, Tayfur Əliyev (57 kq) vyetnamlı Duonq van Nguyen, Lorenso Sotomoyor (69 kq) gürcüstanlı Eskerxan Madiev, Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) Bəhreyn idmançısı Denis Latipov ilə qarşılaşacaq.

Kişilər arasında idman gimnastikası yarışlarında ölkəmizi İvan Tixonov təmsil edəcək.

Velosiped idmanının şosse növündə təmsilçimiz Elçin Əsədov medallar uğrunda mübarizə aparacaq.

On metr məsafəyə tapançadan güllə atma yarışlarında Azərbaycanı Ruslan Lunyov təmsil edəcək.

Cüdo yarışlarının ilk günüdə iki idmançımız tatamiyə çıxacaq. Kişilərin yarışında mübarizə aparacaq Kəramət Hüseynov (60 kq) Eşli MakKenzi (Böyük Britaniya) ilə üz-üzə gələcək. Qadın cüdoçumuz Aişə Qurbanlı (48 kq) isə portuqaliyalı Katarina Kosta ilə qarşılaşacaq.

Üzgüçülük yarışlarında iki idmançımız qüvvəsini sınayacaq. Maksim Şemberev 400 metr məsafəyə qarışıq, Məryəm Şeyxəlizadəxangah isə 100 metr məsafəyə batterflay yarışlarında mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

“Tokio-2020”də ən böyük heyət ABŞ komandasına məxsusdur. Yarışda ABŞ-ı 613 atlet təmsil edəcək. Andorra, Bermud Adaları, Bruney, Dominik, Lesoto, Mavritaniya, Marşal Adaları, Nauru, Somali, Tuvalu, Mərkəzi Afrika Respublikası və Cənubi Sudan 2 idmançı ilə təmsil olunur.

Dördilliyin zirvə yarışında, həmçinin qaçqınlardan ibarət və BOK-un komandaları iştirak edir.

Turnirin ən azyaşlı idmançısı suriyalı Hend Zazadır. On iki yaşlı idmançı stolüstü tennis yarışlarında gücünü sınayacaq. Ən yaşlı idmançı – 66 yaşlı avstraliyalı Meri Hanna isə atçılıq yarışlarında mübarizə aparacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO