“Yol-patrul xidməti haqqında Təlimat”da dəyişiklik edildi

“Yol-patrul xidməti haqqında Təlimat”da dəyişiklik edildi

Hazırda oxunan: “Yol-patrul xidməti haqqında Təlimat”da dəyişiklik edildi

29662

Yol-patrul xidməti haqqında Təlimat”da dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyası qərar qəbul edib.

Təlimatda edilən dəyişikliyə görə, patrul avtomobili dayandırılmış nəqliyyat vasitəsinin arxasında saxlanılmalıdır.

Sənədə əsasən, yol şəraiti və hərəkət intensivliyi nəzərə alınmaqla patrul avtomobili dayandırılmış nəqliyyat vasitəsinin qarşısında da saxlanıla bilər. Nəqliyyatın hərəkəti üçün maneə və ya əməkdaş üçün təhlükə yarandığı hallar istisna olmaqla, əməkdaş dayandırılmış nəqliyyat vasitəsinin önündə və ya arxasında durmamalıdır.

Qərar respublika daxili işlər orqanlarında elan edilib.

Qeyd edək ki, bu dəyişikliyə qədər patrul avtomobili dayandırılan nəqliyyat vasitəsinin arxasında saxlanılmamalı idi. Əməkdaşın dayandırılmış nəqliyyat vasitəsinin önündə və ya arxasında durması tövsiyə olunmurdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO