“Daşnaksütyun” terrorçuları yenidən Qarabağa qayıdır - FAKTLAR

“Daşnaksütyun” terrorçuları yenidən Qarabağa qayıdır - FAKTLAR

Hazırda oxunan: “Daşnaksütyun” terrorçuları yenidən Qarabağa qayıdır - FAKTLAR

2966

Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabrda imzalanmış sülh razılaşmasına əsasən Dağlıq Qarabağda əvvəllər yaşamış yerli əhalinin geri qaytarılması prosesi həyata keçirilir.

Lakin köçürülmə prosesinin gedişində ermənilə öz mənfur əməllərindən geri qalmadıqlarını bir daha sübuta yetiriblər. 

Bizim.Media erməni mətbuatına istinadən məlumat verir ki, Ermənistan Daşnaksütyun təşkilatının silahlılarını Dağlıq Qarabağa geri qayıdan erməni əhalinin adı altında ön cəbhəyə göndərir.

Yaraqlıların Dağlıq Qarabağa köçürülməsi ilə bağlı Daşnaksütyun təşkilatı sosial şəbəkə hesabında məlumat verib. 

“Artsaxın uşaqları yenidən ön cəbhəyə qayıdır. Ölkənin təhlükəsizliyi bizim üçün prioritetdir''.

''Hələ görüləcək çox iş var. Arsax itirilməyib” - bu sözləri Daşnaksütyun partiyasının fəalı Suren Parsyan öz facebook hesabında yazıb''.

Onun sözlərinə görə, Artsaxda hələ çox şey etmək lazımdır və Artsax özünü məğlub hesab etməməlidir.

Suren Parsyan eyni zamanda sosial şəbəkə hesabında Xankəndinə getmək üçün hazırlıq görən Daşnaksütyun yaraqlılarının fotolarına da yer verib.

Fotolarda Daşnaksütyunun yaşlı üzvlərinin döyüş paltarında yer alması xüsusilə diqqət çəkib. Bu şəxslər I Qarabağ müharibəsi zamanı da Azərbaycana qarşı döyüşlərdə aktiv iştirak etmiş və azərbaycanlılara qarşı qanlı qırğınların əsas təşkilatçıları olmuş şəxslərdir.

Böyük ehtimalla erməni tərəfi Daşnaksütyun yaraqlılarından istifadə etməklə cəbhə xəttində yeni təxribatlar hazırlayır.

Sülh razılaşmasına əsasən azərbaycanlı qaçqınların da Dağlıq Qarabağa köçürülməsi məsələsi gündəmdədir.

Ermənistan tərəfi ilə Daşnaksütyun yaraqlılarını Dağlıq Qarabağa köçürməklə xalqlar arasındakı münaqişəni daha da alovlandırır və gələcəkdə ciddi etnik toqquşmaların baş verməsi üçün zəmin hazırlayır.

Rəvan Əliyev. Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO