Bakıda mistik turizm məkanı açıla bilər - Mağarada AKSİYA 

Bakıda mistik turizm məkanı açıla bilər - Mağarada AKSİYA 

Hazırda oxunan: Bakıda mistik turizm məkanı açıla bilər - Mağarada AKSİYA 

29653

AzETA Azərbaycan EkoTurizm Assosiasiyasının təşəbbüsü ilə Bakının Sabunçu rayonunda yerləşən,  quldur dəstəsinin rəhbəri Stepan Razinin qızıllarını gizlətdiyi iddia olunan Kühül dağının turizm obyektinə çevrilməsi üçün hazırlıq işləri görülür.

AzETA-dan Bizim.Media-ya verilən məlumata görə, bu gün “Razin Dağı” və Razin mağarasında təmizlik aksiyası keçirilib. 

Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Turizm Bürosunun, Eko Könüllülər və Turizm Könüllüləri Təşkilatlarının dəstəyi ilə baş tutub.

Layihənin məqsədi Kühül Dağı ərazisində təmizlik, abadlıq, məlumat-nişanlama, bərpa işlərinin aparılması, məkanın ekoturizm, o cümlədən alpinizm, piknik, speleo, arxeoloji, tarixi, dərketmə, macəra, haykinq kimi turizm fəaliyyətləri üçün potensialını üzə çıxarmaq və Bakı Turizm Klasterinə daxil edilməsinə nail olmaqdır.

Tədbirə eyni zamanda Azərbaycan Dövlət Neft Şirkəti, “Təmiz Şəhər” ASC və Bakı şəhəri Sabunçu Rayonu İcra Hakimiyyətinin fəalları da qatılıb. 

Xatırladaq ki, bu məkan əvvəllər alpinizm və dağa dırmanma kimi fəaliyyətlərlə məşğul olan insanlar üçün məşq yeri olub.

“Razin” mağarasının girişinin eni 5 metr, hündürlüyü 13.6 metrdir, iki otaqdan ibarətdir, ümumi sahəsi 255.7 m2 -dir. 

Yazılı mənbələrə görə, mağaranın 2 km uzunluğundakı qolu ilə Xəzər dənizinə çıxışı var. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO