“Taliban Əfqanıstan sərhədlərinin təxminən 90% -nə nəzarət edir".
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Taliban hərəkatının sözçüsü Zabihullah Mücahid bildirib.
Onun sözlərinə görə, Əfqanıstanın Tacikistan, Özbəkistan, Türkmənistan və İranla olan sərhədlərinin təxminən 90% -i Talibanın nəzarətindədir.
Qeyd edək ki, bir müddət əvvəl Əfqanıstan hökuməti və Taliban nümayəndələri Qətərin paytaxtındakı danışıqlarda mülki şəxslərin ölümünün qarşısını almağa razı olsalar da, barışıq şərtlərinə müvəffq ola bilməyiblər.
Taliban hərəkatı Qurban bayramı günlərində özünü müdafiə etmək üçün mübarizəni dayandırmaq və rəsmi atəşkəs elan etmək qərarından imtina etdiyini açıqlasa da, döyüş yenidən başlayıb.
Alçina Amilqızı, Bizim.Media

- A-
- A
- A+
Dünya
16:41 / 22.07.2021
Talibandan AÇIQLAMA – “Əfqanıstanın 90 faizi nəzarətimizdədir”
Hazırda oxunan: Talibandan AÇIQLAMA – “Əfqanıstanın 90 faizi nəzarətimizdədir”
Hazırda oxunan: Talibandan AÇIQLAMA – “Əfqanıstanın 90 faizi nəzarətimizdədir”
29514
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.