Vulkan püskürən adada araşdırma - Quşlar və su ilanlarının hamısı məhv olub

Vulkan püskürən adada araşdırma - Quşlar və su ilanlarının hamısı məhv olub

Hazırda oxunan: Vulkan püskürən adada araşdırma - Quşlar və su ilanlarının hamısı məhv olub

29504

İyulun 16-17-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin mütəxəssislərindən ibarət ekspedisiya qrupu iyulun 4-də Xəzər dənizindəki Daşlı adasında püskürmüş palçıq vulkanını ətraf mühitə təsirlərinin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə adaya səfər ediblər.

RSXM-dən Bizim.Media-ya bildirilib ki, mütəxəssislərin iştirakı ilə əraziyə dron vasitəsilə baxış keçirilib, götürülmüş nümunələr yoxlanış üçün laboratoriyalara göndərilib.

Palçıq vulkanının katerində hələ də 2 metr yüksəklikdə alov müəyyən olunub. Həmin ərazidə quşların və su ilanlarının kütləvi şəkildə məhv olduğu aşkar edilib.

Ərazidən nümunə üçün götürülən elementlərə baxış keçirib. Götürülən nümunələrin tərkibində hansı elementlər, qazlar və ağır metalların olduğu və onların miqdarı öyrəniləcək. Araşdırmalar başa çatdıqdan sonra yekun fikir söyləməyin mümkün olacaq.

Xatırladaq ki, Xəzərdəki Daşlı adasında iyulun 4-də saat 21:51-də palçıq vulkanı püskürüb. RSXM-nin "Zəlzələlərin tədqiqatı bürosu"nun məlumatına görə püskürmənin davamlılığı 8 dəqiqə davam edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO