Azərbaycana qarşı döyüşən xarici vətəndaş 10 il həbs cəzası aldı

Azərbaycana qarşı döyüşən xarici vətəndaş 10 il həbs cəzası aldı

Hazırda oxunan: Azərbaycana qarşı döyüşən xarici vətəndaş 10 il həbs cəzası aldı

29442

Bu gün Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, E.Dubakov 10 il müddətinə azadlıqdan məhrum edilib. 

O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. 

Bundan başqa hökmdə qeyd edilib ki, E.Dubakov cəzası başa çatandan sonra Azərbaycan hüdudlarından məcburi çıxarılmalıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO