Əli Hüseynli: “Azərbaycan Ordusu humanistliyi qorudu”

Əli Hüseynli: “Azərbaycan Ordusu humanistliyi qorudu”

Hazırda oxunan: Əli Hüseynli: “Azərbaycan Ordusu humanistliyi qorudu”

2939

Erməni hərbi birləşmələri üzərində qazanılmış tarixi qələbədən sonra 16 noyabr tarixində ölkə başçısının məhz işğaldan azad edilmiş ərazilərə səfəri Prezidentin öz sevinc hisslərini ilk növbədə xalqla bölüşmək arzusundan doğur.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini Əli Hüseynli  “Xalq öz Ali Baş komandanı ilə qürur duyur” adlı məqaləsində  yazıb.

Məqalədə qeyd olunub ki, bütün dövrlərdə və yaşanan hadisələrdə, ən ağır vəziyyətlərdə belə öz xalqının yanında olan Prezident hər bir işdə xalqın dəstəyinə arxalanır, ona güvənir.

Əli Hüseynli Azərbaycan Ordusunun şanlı qələbəsini xüsusi vurğulayıb və yazıb ki, Ordunun qüdrətinə inam hissi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasına çevrilərək.

“Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm”, - söyləyən Prezident İlham Əliyev, Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, eyni zamanda, hər bir hərbçinin Ali Baş Komandanı  olduğunu sübut etdi.

Azərbaycan ordusu ilə döyüş meydanında məsuliyyətli davranışı ilə qələbənin mənəvi çəkisini daha da artırmış oldu.

Çünki, erməni əsgərindən fərqli olaraq mülki əhaliyə atəş açmayan, məsuliyyətli davranış nümayiş etdirən, eyni zamanda, humanist dəyərləri qoruyan bu ordu bölgəyə sülhün və tərəqqinin təminatçısına çevrilmiş güclü dövlətin ordusudur.

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO