Moskva görüşündə diqqət çəkən 3 vacib məqam - DETALLAR

Moskva görüşündə diqqət çəkən 3 vacib məqam - DETALLAR

Hazırda oxunan: Moskva görüşündə diqqət çəkən 3 vacib məqam - DETALLAR

29312

Xəbər verdiyimiz kimi, dünən Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, araşdırmaçı jurnalist Asif Nərimanlı mövzu ilə bağlı fikirlərini Facebook səhifəsində yazıb:

“Moskvada Əliyev-Putin görüşünün ictimaiyyətə açıq hissəsində üç məqam diqqət çəkdi.

Birincisi, Əliyev iki dəfə “münaqişədən sonrakı” ifadəsini işlətdi və qeyd etdi ki, “münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik, düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”: bu, “Moskvaya gələcəyi müzakirə etməyə gəlmişəm” deməkdir;
 

MÖVZU İLƏ BAĞLI:

Putin və İlham Əliyevin masasında üç qovluq var - DETALLAR


İkincisi, Putin Əliyevə “kompromisli qərarların tapıldığı” üçün təşəkkür etdi və qeyd etdi ki, “nizamlama istəyiriksə, - biz hamımız isə bunu istəyirik, - onda bu yolla getməliyik”: bu, Rusiyanın Bakıdan güzəşt istədiyi deməkdir, lakin bu güzəştlər münaqişə ilə bağlı deyil; münaqişənin bitdiyinə dair mövqeni Moskva da Bakı ilə paylaşır; Moskva üçün vacib olan Ermənistanın yox, Rusiyanın bölgədə qalmasını təmin etməkdir və görüşdən öncə qeyd etdiyimiz kimi, “ruslar Qarabağda öz gələcəklərini və kommunikasiyanın bərpasında cari prioritetlərini - ehtimal ki, Ermənistana quru əlaqəsinin daha tez əldə etmək istəyirlər – həll etmək niyyətindədir”;

Üçüncüsü, liderlər sərhəddə baş verən toqquşmalara toxunmadı: mümkündür ki, Moskvada da Ermənistanın sərhəddə hücumlarının məqsədini anlayırlar və qapalı görüşün əsas müzakirə mövzularından biri də sərhədlərin delimitasiyasıdır;

Görüşdən sonra proseslərin cari dövr üçün iki istiqamətdə inkişafını təxmin etmək olar:

Putin Əliyevlə görüşdən sonra Paşinyanla təmasa keçəcək: Bakının mövqeyini çatdıracaq; sərhəddəki gərginliyi aradan qaldırmağa çalışacaq;

Hər iki görüşün – Putin-Paşinyan, Putin-Əliyev – cari nəticəsi olaraq, erməni diversantlarla mina xəritələrinin növbəti dəfə “barter” edilməsi gözləniləndir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO