Emin Alyona ilə boşanma səbəbini açıqladı: “Qadın çox danışanda...”

Emin Alyona ilə boşanma səbəbini açıqladı: “Qadın çox danışanda...”

Hazırda oxunan: Emin Alyona ilə boşanma səbəbini açıqladı: “Qadın çox danışanda...”

29192

Xalq artisti Emin Ağalarov "Ehtiyatlı ol: Sobçak" "YouTube" layihəsinin qonağı olub.

Bizim.Media xəbər verir ki, müğənni Alyona Qavrilova ilə ayrılma səbəbini açıqlayıb. Emin bildirib ki, münasibətlərinin bitməsinə özü səbəb olub:

"İnsanların yolun qoya bilmədiyi fikir ayrılığı yaranır. Hərdən kardinal anlar olur. Alyona məni razı salmağa çalışdı, onda bu alındı. Düşünürəm ki, problem məndə, mənim həyat tərzimdə oldu. Hər şey mən istəyən kimi olmalıdır. Kənardan bəlkə də elə görünür ki, mənimlə rahatdır. Amma bu belə deyil. Hər hansı bir qadına mənimlə asan olmayacaq".

Müğənni həyatda onu olduğu kimi qəbul edəcək həyat yoldaşı tapmağı arzuladığını gizlətməyib:

"Hər şeyi başa düşürəm, amma hələ ki, məndə kompromisli insan kostyumunu geyinmək alınmır. Bu tərəfdən çalışmağa başlamışam. Beynimdə gəzişməyə başladım, psixoloq yanına getdim. Çox qısqancam. Əgər qısqanclığım tutsa, ətrafda hər şey dağıla bilər. Psixoloq məni özüm çarə tapacağım tərəfə yönləndirir".

Emin bildirib ki, çoxdanışan insanla yaşaya bilməz:

"Qadın çox danışanda sevmirəm. Həmin an mənim üçün dəhşətdir, qaçmaq istəyirəm".
Qeyd edək ki, Emin və Alyona 2018-ci ildə evlənib. Cütlüyün bu nikahdan Afina adlı qızı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO