Putin Qarabağdakı vəziyyətdən danışdı

Putin Qarabağdakı vəziyyətdən danışdı

Hazırda oxunan: Putin Qarabağdakı vəziyyətdən danışdı

2891

Qarabağla bağlı razılaşmalara əməl edilir və orada vəziyyət sabitləşir.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Rusiya tərəfi, iki dost dövlət arasında hərbi əməliyyatların dayandırılmasına kömək etmək və onları kompromisli həllər tapmağa təşviq etmək üçün ən fəal səyləri göstərdi''.

''Vasitəçiliyimiz nəticəsində 9 noyabrda tam bir atəşkəs və Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsinə dair razılaşmalar əldə edildi”, - deyə Putin bildirib.

O, bütün bunların Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin üçtərəfli bəyanatında qeyd olunduğunu xatırladıb.

"Bu razılaşmalara əməl edildiyini xatırlatmaq vacibdir. Hərbi əməliyyatlar tamamilə dayandırıldı, vəziyyət sabitləşir''.

''Beləliklə, böhranın uzunmüddətli və tam formatda həlli üçün həm Azərbaycan, həm də erməni xalqlarının mənafelərinə uyğun olaraq ədalətli əsasda şərait yaradıldı".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO