Zülfiyyə Xanbabayeva

Zülfiyyə Xanbabayeva "Persona"da: "Uşaqlığım nənəmin yanında keçib" - VİDEO

Hazırda oxunan: Zülfiyyə Xanbabayeva "Persona"da: "Uşaqlığım nənəmin yanında keçib" - VİDEO

28800

Xəzər Televiziyasında Firuzə İsmayılın təqdimatında yayımlanan "Persona" verilişinin növbəti qonağı Xalq artisti Zülfiyə Xanbabayeva olub.

Bizim.Media xəbər verir ki, verilişboyu Zülfiyyə Xanbabayeva həyatın keşməkeşindən söz açaraq, bir neçə maraqlı məqamlara toxunub. 

“Uşaqlığım “2-ci xriptovı” da keçib. Ora əsl məhəllə idi. Qızlar küçədən keçəndə oğlanlar özlərini yığışdırırdılar. Uşaqlıqdan düz 10-cu sinifi bitirənə kimi nənəmlə orada yaşamışam. Sonradan instituta qəbul olduqdan sonra anamın yanına köçdüm. Sovet dövrünün uşaqlığını yaşamışam. Küçədə qızlarla oynayırdıq, yəni bizi sıxmayıblar ki, həyətə çıxma, sənə nəsə olar. Çox əfsuslar olsun ki, bu gün o yoxdur. Bizi uşaqlıqda tez-tez dükana yollayardılar, bütün məhlə uşaqları da elə böyüyürdü. Biz indi özümüz uşaqlarımızı elə saxlamırıq”.

Zülfüyə Xanbabayeva dostlarından da söhbət açıb:

“İndi zaman dəyişib. Valideynlər əsasən övladlarını tərbiyə edəndə deyirlər ki, dost yoxdur. Ancaq bu belə deyil. Siz uşaqlarınıza elə tərbiyə verin ki, dostunu seçməyi bacarsın. Onsuz da zamanla o dostlar ələkdən keçəcək, yaxşılar qalacaq, pislər çıxıb gedəcək”.

Həmin videonu təqdim edirik:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO