Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "Twitter" hesabında sel fəlakəti ilə əlaqədar Almaniya və Belçikaya başsağlığı verib.
Bizim.Media-nın məlumatına görə, nazirlik Avropanın qərbində ekstremal hava şəraitinin dağıdıcı nəticələrindən narahatlığını ifadə edib.
“Almaniya və Belçikada sel qurbanlarının yaxınlarına başsağlığı veririk”, - deyə qeyd edilib.
Bildirilib ki, Azərbaycan yağışların dağıdıcı nəticələrinin aradan qaldırılmasında həm Almaniya, həm də Belçikanın yanındadır.
Qeyd edək ki, Almaniyanın qərbində və Belçikada yağan güclü yağışlar nəticəsində meydana gələn sel 92 nəfərin ölümünə səbəb olub, yüzlərlə adam itkin düşüb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:52 / 16.07.2021
Rəsmi Bakı Almaniya və Belçikaya başsağlığı verdi
Hazırda oxunan: Rəsmi Bakı Almaniya və Belçikaya başsağlığı verdi
Hazırda oxunan: Rəsmi Bakı Almaniya və Belçikaya başsağlığı verdi
28781
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.