"Anama dedim ki, kişiliyi sən edəcəksənsə, burada mən nə gəzirəm?" - VİDEO

Hazırda oxunan: "Anama dedim ki, kişiliyi sən edəcəksənsə, burada mən nə gəzirəm?" - VİDEO

28609

Əməkdar artist Vahid Əliyev anası və həyat yoldaşı arasındakı münasibətdən danışıb.

Bizim.Media xəbər verir ki, aktyor bu barədə "Elgizlə izlə" proqramında söz açıb:

"Anam 36 yaşında həyat yoldaşısız qalmışdı, 7 uşaq böyütmüşdü. Evin böyüyü idim, ailə məsələsini hər zaman balanslaşdırırdım. Anam bir dəfə yoldaşımın üstünə gedirdi. Dedim, saxla, məni niyə evləndirdin? Evlənmək istəmirdim, oxuyacaqdım. Qayıtdı, evləndirdim ki, kişi olasan. Dedim, kişiliyi sən edəcəksənsə, burada mən nə gəzirəm? Mən gedim, sən qal. Əgər mənim kişi olmağımı istəyirsənsə icazə ver otağa keçəndə özüm onun dərsini verim. Məni kişilik taxtından salma. Ondan sonra anamın o emosiyası yığışdırıldı. Bu o demək deyildi ki, yoldaşımı tutub anamı vurdum".

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO