Dövlət İmtahan Mərkəzi dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmununu üç ay müddətində müəyyən edəcək.
Bizim.Media bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
MÖVZU İLƏ BAĞLI:
Bugünkü imtahandakı test tapşırıqlarının düzgün cavabları AÇIQLANDI
Fərmana əsasən, Dövlət İmtahan Mərkəzi “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının təklifləri əsasında dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmununu üç ay müddətində müəyyən edəcək.
Bizim.Media