AQTA 405 ictimai iaşə obyektində monitorinq keçirdi

AQTA 405 ictimai iaşə obyektində monitorinq keçirdi

Hazırda oxunan: AQTA 405 ictimai iaşə obyektində monitorinq keçirdi

28468

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 405 ictimai iaşə obyektində 669 monitorinq keçirib.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, monitorinqlər zamanı dörd müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkarlanıb.

Aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Bakı şəhərinin Səbail, Xətai rayonu, həmçinin İsmayıllı rayonu və Şəki şəhərində ictimai iaşə müəssisələrində pozuntular aşkar edilib.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO