Avro-2020-nin ən yaxşı bombardiri

Avro-2020-nin ən yaxşı bombardiri

Hazırda oxunan: Avro-2020-nin ən yaxşı bombardiri

28276

Avro-2020-nin ən yaxşı bombardiri müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu, Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldodur. 36 yaşlı oyunçu sözügedən turnirdə 5 qol (3-ü penaltidən) vurub.

Çexiya millisinin oyunçusu Patrik Şik də eyni sayda fərqlənib. Ancaq Ronaldo əlavə göstəricilərdə onu üstələyib.

Kriştiano 1 qol ötürməsi versə də, Şik bunu bacarmayıb. Bundan əlavə portuqaliyalı futbolçu (360 dəqiqə) Şiklə (404 dəqiqə) müqayisədə meydanda daha az dəqiqə olub.

Qeyd edək ki, Harri Keyn (İngiltərə), Romelu Lukaku (Belçika), Kərim Benzema (Fransa) və Emil Forsberq (İsveç) hərəyə 4 qolla 3-6-cı pillələri bölüşdürüblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO