Yunanıstan xarici işlər nazirindən ETİRAF: “Ərdoğan Türkiyənin imicini dəyişdirdi və gücünü artırdı

Yunanıstan xarici işlər nazirindən ETİRAF: “Ərdoğan Türkiyənin imicini dəyişdirdi və gücünü artırdı

Hazırda oxunan: Yunanıstan xarici işlər nazirindən ETİRAF: “Ərdoğan Türkiyənin imicini dəyişdirdi və gücünü artırdı

28187

Yunanistan Xarici İşlər Naziri Nikos Dendias Rəcəb Tayyib Ərdoğanın liderlik xüsusiyyətlərini tərif edərək onunTürkiyənin imicini dəyişdirən və gücünü artıran əhəmiyyətli bir lider olduğunu söyləyib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Yunanistanın Newsbomb xəbər saytı yayıb.
Saytda yayımlanan “Meeting point” proqramında Dendias Türk liderinin siyasi uğurlarına diqqət çəkib.

Onun sözlərinə görə, Türkiyə dövlətinin başçısı ilə danışıqlar zamanı Ərdoğanın Türkiyənin imicini dəyişdirdiyini və ölkəsinin gücünü artırdığını unutmaq olmaz.

Dendias Ərdoğanı bölgədə əhəmiyyətli bir faktor adlandırıb: 

“Bununla razılaşsaq da, razılaşmasaq da, Ərdoğan Türkiyəyə Mustafa Kamal Atatürkün dövründə olduğu qədər rəhbərlik edir. O, Türkiyənin imicini müəyyənləşdirib. İnanıram ki, bu, həyatında çox şey əldə etmiş bir insandır. Harada başladığını və ölkəsinin imicini necə qurduğunu və möhkəmləndirdiyini onunla söhbət edərkən nəzərə almalısan”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO