Daxili İşlər Nazirliyi (DİN) antinarkotik təbliğatla bağlı ictimaiyyətə müraciət edib.
DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, müraciətdə deyilir ki, qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcminin ilbəil artmasına baxmayaraq həmin vasitələrin ölkəyə gətirilməsinə edilən cəhdlər, buna mütənasib olaraq narkotik istifadəçilərinin sayı çoxalır.
Qeyd edilib ki, belə bir vəziyyət isə nəticə etibarı ilə gənclərimizin narkotik aludəçisi olmaq təhlükəsini artırır:
“Problemlə bağlı mediada tənqidi yazılar dərc olunur, sosial şəbəkələrdə müzakirələr aparılır, müxtəlif fikirlər səsləndirilir. Bu, normal haldır və biz hər kəsin mövqeyinə, eləcə də ictimai rəyə hörmətlə yanaşırıq.Lakin təkcə tənqidlə, yaxud iradlarla iş bitmir. Bu təhlükəni aradan qaldırmaq üçün cəmiyyətin birgə səyləri tələb olunur. Yəni hər kəsin ümumi işə real köməkliyi çox vacibdir. Yalnız bu halda görülən işlər istənilən nəticəni verə bilər”.
Məlumata görə, bu işdə daha bir vacib məsələ antinarkotik təbliğatın gücləndirilməsi və səmərəsinin artırılmasıdır:
“Ümid edirik ki, “narkotiklərə yox” devizi hamılıqla dəstəklənəcək, hər kəs XXI əsrin ən ağrılı problemlərindən biri olan narkomaniyaya qarşı mübarizə işinə öz töhfəsini verəcəkdir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:22 / 10.07.2021
DİN antinarkotik təbliğatla bağlı ictimaiyyətə müraciət etdi
Hazırda oxunan: DİN antinarkotik təbliğatla bağlı ictimaiyyətə müraciət etdi
Hazırda oxunan: DİN antinarkotik təbliğatla bağlı ictimaiyyətə müraciət etdi
28091
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.