Ermənilərin vurduğu pambıq zavodu işıq gözləyir

Ermənilərin vurduğu pambıq zavodu işıq gözləyir

Hazırda oxunan: Ermənilərin vurduğu pambıq zavodu işıq gözləyir

2805

6 milyon manata qədər ziyan dəyən emal müəsisəsi yaxın günlərdə fəaliyyətə başlayacaq.

Erməni tərəfinin raket atəşləri nəticəsində Azərbaycanın ən böyük pambıq istehsalı və emalı şirkətlərindən olan «MKT» İstehsalat və Kommersiya şirkətinin Tərtər filialına dəyən ziyan müəyyənləşib.

Şirkətin direktoru Feyruz Hacıyev Bizim.Media-ya bildirib ki, raket atəşləri nəticəsində pambıq məntəqəsinə 5-6 milyon manat arasında maddi ziyan dəyib.

O həmçinin əlavə edib ki, hazırda Tərtərdə yerli fermerlərdən pambıq qəbul davam edir, yaxın günlərdə emala mərhələsinə də başlanılacaq:

“Hazırda bərpa işləri gedir. İşıq, internet xətləri quraşdılır. Lakin buna baxmayaraq pamıq qəbulu da davam edir. Yerli şirkələr və rayon rəhbərliyi qısa zamanda tam şəkildə fəaliyyət göstərməyimiz üçün çalışırlar. Bizə işıq verilən kimi də emala başlayacağıq. Şirkətin 150 nəfər işçisi də zavodun tam bərpasından sonra işə cəlb olunacaq”.

Gülşanə Mustafayeva.Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO