Ermənistan ordusunda həbslərə başlanıldı

Ermənistan ordusunda həbslərə başlanıldı

Hazırda oxunan: Ermənistan ordusunda həbslərə başlanıldı

2802

Qarabağda məğlubiyyətə görə Ermənistan ordusunda həbslər başlayıb.

Bizim.Media bu barədə Ermənistan Müdafiə Nazirliyinin (MN) İtkin düşmüş və əsir götürülmüş şəxslərlə iş üzrə komitəsinin sədri polkovnik Vitali Voskanyan məlumat verib. 

O deyib ki, Qarabağda döyüşlərdə erməni hərbi qulluqçularının ölümünə səbəb olan zabitlər arasında həbs olunanlar var:

“Günahsız yerə hərbçilərin ölümünə səbəb olan hərəkətlərdə iştirak edən hər kəs qanunun sərtliyi ilə cəzalandırılacaq. Artıq həbs olunanlar var”.

Ermənistan MN-in rəsmisi qeyd edib ki, Cəbrayıl istiqamətində hərbi hissənin zabitləri barəsində cinayət işi başlanılıb, cinayət işi çərçivəsində kifayət qədər dəlillər toplanıb.

O, bəzi şəxslərə qarşı cinayət işinin başladıldığını və bu şəxslərin bəzilərinin əməllərində cinayət tərkibinin olduğunu vurğulayıb: “Topladığımız bütün materiallar İstintaq komitəsinə göndəriləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO