Rusiya MN: «Laçın dəhlizi minalardan təmizlənir»

Rusiya MN: «Laçın dəhlizi minalardan təmizlənir»

Hazırda oxunan: Rusiya MN: «Laçın dəhlizi minalardan təmizlənir»

2800

Laçın dəhlizində ərazinin minalardan və digər sursatlardan tam təmizlənməsi işləri aparılır.

Bizim.Media-nın xəbərinə görə, bu barədə bu gün Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bu gün Xankəndi-Gorus yolunun 1 km-lik hissəsi yoxlanılıb və minalardan təmizlənib: “Bundan başqa 27 ədəd sıradan çıxmış və zədələnmiş texnika həmin yolun gediş-gəliş hissəsindən və yol kənarından təmizlənib”.

Rusiya MN-in nümayəndəsi Dağlıq Qarabağla bağlı əldə olunan razılaşmaya uyğun olaraq bu gün də həlak olanların cəsədlərinin mübadiləsinin davam etdirildiyini qeyd edib:

“Bu proses Rusiya Federasiyası sülhməramlı qüvvələri və Beynəlxalq Qızıl Xaç Komitəsinin koordinasiyası ilə həyata keçirilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO