Putin Makronla Qarabağı müzakirə etdi

Putin Makronla Qarabağı müzakirə etdi

Hazırda oxunan: Putin Makronla Qarabağı müzakirə etdi

2797

Rusiya prezidenti Vladimir Putin və onun fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Bizim.Media Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyət ətraflı müzakirə olunub.

Putin Rusiya tərəfindən qan tökülməsini dayandıran və yeni qurbanların olmasına imkan verməyən fəal vasitəçi səylər, eləcə də təmas xətti və Laçın dəhlizi boyunca Rusiya sülhməramlılarının yerləşdirilməsi barədə həmkarına  məlumat verib.

Qeyd olunub ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin bəyanatı icra olunur və regionda vəziyyət ümumilikdə sabitdir.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xətti ilə işin koordinasiyasına hazırlıqlarını bildirən liderlər qaçqınların daimi yaşayış yerlərinə qayıtması və əhalinin normal həyat şəraitinin təmin olunması, infrastrukturun bərpa olunması, xristian məbədləri və monastrlarının qorunub saxlanılması da daxil olmaqla, təxirəsalınmaz humanitar məsələlərin vacibliyinə diqqəti yönəldiblər.

V. Putin Dağlıq Qarabağda qurumlararası Humanitar Yardım Mərkəzinin yaradıldığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO