Haiti prezidentinin həyat yoldaşı ölməyib – Təyyarə ilə ABŞ-a göndərildi 

Haiti prezidentinin həyat yoldaşı ölməyib – Təyyarə ilə ABŞ-a göndərildi 

Hazırda oxunan: Haiti prezidentinin həyat yoldaşı ölməyib – Təyyarə ilə ABŞ-a göndərildi 

27812

Haitinin Vaşinqtondakı səfiri Bokçit Edmond jurnalistlərə bildirib ki, öldürülən Haiti prezidenti Jovenel Moisin həyat yoldaşı Martin Mois müalicə üçün ABŞ-a göndərilir. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” saytı yayıb. 

Mənbə yazır ki, bundan əvvəl mətbuatda qadının dövlət başçısının iqamətgahına hücum zamanı yaralandığı və aldığı yaralardan öldüyü barədə xəbərlər yayılmışdı.

Bu məlumat sonradan təkzib edilmişdi. 

"Martin Mois üçün xüsusi bir təyyarə göndərildi. İnanırıq ki, Mayamidəki xəstəxanada ona yaxşı baxılacaq və ABŞ səlahiyyətliləri onun təhlükəsizliyini təmin edəcək", deyə səfir qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO