Vətən müharibəsində 5 alpaqutçu şəhid olub

Vətən müharibəsində 5 alpaqutçu şəhid olub

Hazırda oxunan: Vətən müharibəsində 5 alpaqutçu şəhid olub

2780

Qənirə Paşayeva Bizim Media -ya açıqlamasında bildirib ki, onun da rəhbərliyində olduğu Dünya Alpaqut Federasiyası sıralarından indiyə qədər 31 nəfər Qarabağ uğrunda savaşlarda iştirak edib.

Onlardan 5 nəfəri şəhid olub. 

Millət vəkili şəhid alpaqutçu İlkin Məmmədovun ailəsini ziyarət edib.

O, bildirib ki, İlkin Məmmədov Alpaqut Federasiyasında Caymaz sistemi üzrə koordinator, Alpaqut Döyüş Sənəti üzrə Azərbaycan kubokunun qalibi, Azərbaycan və Dünya çempionu idi.

İlkin Məmmədov Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Millət vəkili əlavə edib ki, İlkin anası ilə son telefon danışığında "Mən şəhid olsam, ağlamayın" deyib. 

Ağanisə Sultan, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO