16 yaşlı oğlan kanalda batdı - YENİLƏNİB

16 yaşlı oğlan kanalda batdı - YENİLƏNİB

Hazırda oxunan: 16 yaşlı oğlan kanalda batdı - YENİLƏNİB

27626

Beyləqan rayonunun Əmirzeydli kəndində su kanalında batan şəxsin meyiti tapılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, 2005-ci il təvəllüdlü Bəbirov Əli Nadir oğlunun axtarışları başa çatıb.

Ə.Bəbirovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.


***

Beyləqanda 16 yaşlı oğlan su kanalında batıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə,Fövqəladə Hallar Nazirliyinin  (FHN) "112" qaynar telefon xəttinə Beyləqan rayonu, Əmirzeydli kəndində 2005-ci il təvəllüdlü Bəbirov Əli Nadir oğlunun su kanalında batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO