Perunun yeni prezidenti istefa verdi

Perunun yeni prezidenti istefa verdi

Hazırda oxunan: Perunun yeni prezidenti istefa verdi

2749

Perunun yeni prezidenti Manuel Merino de Lama ölkədə davam edən etiraz aksiyalarına görə istefaya gedib.

Bizim.Media RİA Novosti-yə istinadla xəbər verir ki, istefaya səbəb ölkədə yaranmış siyasi böhran olub. Dövlət başçısı da üç gün əvvəl yaradılmış hökumətin 13 üzvü kimi istefaya getdiyini açıqlayıb.

Ölkədə siyasi böhran noyabrın 9-da parlamentin keçmiş prezident Martin Viskarranın vəzifədən uzaqlaşdırmasına qərar verməsi ilə başlayıb.

Bundan sonra ölkə qanunlarına əsasən, Merino de Lama ölkənin rəhbəri olub. Lakin onun təyinatı Viskarra tərəfdarlarının narazılığına səbəb olub və yenidən etiraz aksiyaları başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO