Anar Kərimov sabah Gürcüstana gedir

Anar Kərimov sabah Gürcüstana gedir

Hazırda oxunan: Anar Kərimov sabah Gürcüstana gedir

27481

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov sabah Gürcüstana səfər edəcək.

Bizim.Media xəbər verir ki, o, Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani ilə görüşəcək.

Görüşdə iki ölkə arasında mədəni əlaqələr və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.

Nazir səfər çərçivəsində Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi, Nəriman Nərimanovun xatirə muzeyi və digər mədəniyyət ocaqlarına baş çəkəcək.

A.Kərimovun Gürcüstanın azərbaycanlı mədəniyyət xadimləri ilə görüşü də planlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO