Rəqibimizdə daha bir İTKİ

Rəqibimizdə daha bir İTKİ

Hazırda oxunan: Rəqibimizdə daha bir İTKİ

274457

DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Azərbaycan milliləri ilə üz-üzə gələcək Ukrayna yığması daha bir itki ilə üzləşib.

Bizim.Media Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Aleksandr Timçik zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

Kiyev “Dinamo”sunun üzvü heyətdən çıxarılıb.
 

Daha əvvəl yarımmüdafiəçilər Viktor Sıqankov və Oleksandr Zubkov zədəli olduğu üçün komandadan ayrılıb.


Qeyd edək ki, Ukrayna millisi D qrupunda oktyabrın 10-da Reykyavikdə İslandiya, oktyabrın 13-də isə Krakovda Azərbaycan millisi ilə üz-üzə gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO